Putin Ukrayna ilə danışıqların şərtlərini açıqladı

Putin Ukrayna ilə danışıqların şərtlərini açıqladı backend

Rusiya prezidenti Vladimir Putin yenidən Moskvanın Kiyevlə danışıqlara hazır olduğunu bəyan edib.

Qaziler.az “RİA Novosti”yə istinadla bildirir ki, bunu Rusiya lideri Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPİEF) plenar iclasında deyib.

“İstanbuldakı həmin razılaşmaları əsas götürsək də, yenə də günün reallıqlarından çıxış etməliyik”, - Putin deyib.

Onun sözlərinə görə, danışıqlar aparmaq istəyi varsa, o zaman bu məsələ ilə məşğul olacaq adam tapmaq olar.

Rusiya lideri həmçinin vurğulayıb ki, Rusiya Federasiyası bu danışıqlara hazırdır, ancaq tərəflərin bəzi fərziyyələrlə Minskdə, sonra İstanbulda bu danışıqlara başlayarkən razılaşdıqları şərtlərlə deyil.

QAZİLER.AZ

Diaspora