Husilər Yəməndə BMT-nin əməkdaşlarını ələ keçiriblər

Husilər Yəməndə BMT-nin əməkdaşlarını ələ keçiriblər backend

Yəmənin şimalında hakim şiə Ənsar Allah (Husi) hərəkatının təhlükəsizlik qüvvələri beynəlxalq təşkilatların ən azı 15 əməkdaşını saxlayıblar.

Qaziler.az “Reuters”ə istinadla xəbər verir ki, onların arasında BMT-nin doqquz əməkdaşı, Milli Demokratiya İnstitutunun üç əməkdaşı və yerli insan haqları qrupunun üç əməkdaşı var.

Yəmənin paytaxtı Səna və ölkənin şimalının böyük bir hissəsinə nəzarət edən Husi qruplaşmasının kəşfiyyatçıları beynəlxalq təşkilatların əməkdaşlarının evlərinə və ofislərinə basqın edərək, onların telefon və kompüterlərini ələ keçirib. Agentliyin həmsöhbətlərinin qeyd etdiyi kimi, saxlanılan BMT əməkdaşları İnsan Hüquqları İdarəsində və Humanitar Məsələlər İdarəsində çalışırlar.

QAZİLER.AZ

Diaspora