Putin ABŞ-ın qlobal iqtisadiyyata borcunun həcmini AÇIQLADI

Putin ABŞ-ın qlobal iqtisadiyyata borcunun həcmini AÇIQLADI backend

Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında deyib ki, ABŞ-ın dünya iqtisadiyyatına 54,3 trilyon dollar borcu var ki, bu da heç nə ilə dəstəklənmir.

Qaziler.az bildirir ki, “NEWS.ru”  müxbirinin verdiyi xəbərə görə Putin qeyd edib ki, ABŞ qlobal maliyyə bazarında inhisarçı mövqeyindən sui-istifadə edir.

“ABŞ qlobal maliyyə bazarında inhisarçı mövqeyindən istifadə edir. Bu istismardan ciddi pul qazanırlar. Əldə edilən açıq məlumatlara görə, ABŞ-ın dünya iqtisadiyyatına şərti olaraq 54,3 trilyon dollar borcu var”, - deyə Putin bildirib.

QAZİLER.AZ

Diaspora