Parisdə fransız əsgərlərin tabutlarda qraffiti peyda oldu

Parisdə fransız əsgərlərin tabutlarda qraffiti peyda oldu backend

Parisin Eyfel qülləsinin yerləşdiyi Yeddinci rayonda “Ukraynada fransız əsgərlərinin” tabutlarını əks etdirən bir neçə qraffiti tapılıb.

Qaziler.az xəbər verir ki, bu haqda BFMTV kanalı məlumat yayıb.  

Qeyd olunur ki, söhbət qırmızı boya ilə çəkilmiş, ölçüləri 30x30 santimetr olan beş şəkildən gedir.

“Qraffiti iyunun 7-də Paris küçələrində tapılıb. Söhbət qırmızı boya ilə hazırlanmış, ölçüləri 30x30 santimetr olan, üzərində “Ukraynada fransız əsgəri” yazısı olan tabutun təsvir edildiyi beş qraffitidən gedir”, - telekanal xəbər verir.

Bundan əvvəl Paris polisi Eyfel qülləsi yaxınlığında Fransa bayraqlarına bükülmüş 5 boş taxta tabut qoyan 3 nəfəri saxlayıb. Yanında isə "Ukraynada öldürülən fransız əsgərləri" yazısı olan plakat olub.

QAZİLER.AZ

Diaspora