Polşada ölkənin ən zəngin vətəndaşlarından biri ölü tapılıb

Polşada ölkənin ən zəngin vətəndaşlarından biri ölü tapılıb backend

Ölkənin ən zəngin vətəndaşlarından biri, iş adamı Yeji Krjanovski Polşada ölü tapılıb.

Qaziler.az bildirir ki, bu barədə iyunun 7-də "Wirtualna Polska" portalı Krosnodan olan polis zabitinə istinadən məlumat yayıb.

Məlumata görə, cümə axşamı səhər saatlarında Krjanovski gəzinti üçün evdən çıxıb və bir neçə saatlıq yoxluğundan sonra yaxınları onun itkin düşdüyünü bildiriblər. Polis axtarış qrupu, dronlar və itlər sahibkarın axtarışlarına cəlb olunub 

Axtarışlar nəticəsində əvvəlcə itkin şəxsin telefonunu, sonra isə meyitini tapmaq mümkün olub.

Portalın mənbələri onun milyonçunun yaşadığı yerin yaxınlığındakı əkin sahəsində tapıldığını dəqiqləşdirib.

Hazırda hadisənin başvermə şəraitinin müəyyən edilməsi üçün ekspertizalar aparılır.

QAZİLER.AZ

Diaspora