Latviya Seyminin Sosial və Əmək Məsələləri Komissiyası üçüncü oxunuşda xəstələrin hüquqları haqqında qanuna dəyişikliyi dəstəkləyib.
Buna əsasən, latış dilini bilməyən xəstələr tibb müəssisələrinə yalnız tərcüməçi ilə buraxılacaqlar.
Qaziler.az bildirir ki, iyunun 7-də ölkənin rusdilli sakinləri bu qərarla bağlı fikirlərini “İzvestiya”ya bildiriblər.
“Bu, ən çox, demək olar ki, bütün ömrünü Latviya ərazisində yaşamış, lakin nədənsə latış dilini öyrənə bilməyən yaşlı insanlara təsir edəcək”, - müəllim Viktor Zarins qeyd edib.
İkinci qrup əlil, Latviyada yaşamaq icazəsi olan Rusiya vətəndaşı Larisa Starskaya əlavə edib ki, əlillər həkimlərin tərcümə xidmətlərini ödəyə bilmirlər. "Hippokrat andı var ki, bütün xəstələrə kömək və müalicə edilməlidir. Bu dindən və dildən asılı deyil", - deyə bildirib.
“Düşünürəm ki, bu, hər kəsin dediyi kimi, siyasətdir, bir oyundur”, - deyə o, yekunlaşdırıb.
QAZİLER.AZ