Qəzzada şəhər meri İsrail ordusunun endirdiyi zərbə nəticəsində həlak olub

Qəzzada şəhər meri İsrail ordusunun endirdiyi zərbə nəticəsində həlak olub backend

İsrail Müdafiə Qüvvələrinin (IDF) Qəzza zolağının mərkəzində bələdiyyə binasına endirdiyi hava zərbəsi nəticəsində Nuseyrat şəhərinin meri İyad Əhməd Əl-Mağari həlak olub.

Qaziler.az bildirir ki, bu barədə iyunun 7-də “Al Mayadeen” telekanalı məlumat yayıb.

“İsrail qüvvələrinin bələdiyyə binasını dağıtması nəticəsində Nuseyrat şəhərinin meri, onun oğlu və daha 3 nəfər həlak olub”, – telekanal şəhər administrasiyasından sitat gətirir.

Qəzza zolağında hökumət mediası İsrailin baş naziri Benyamin Netanyahunu və ABŞ administrasiyasını günahlandıraraq, hücumun “insani böhranı ikiqat artırmağa hesablanmış növbəti müharibə cinayəti” olduğunu bildirib.

Əlavə edilir ki, həmin gün İsrail hərbçiləri Nuseyratın şimal-qərbindəki çimərlikləri atəşə tutub və nəticədə 5 nəfər ölüb, əksəriyyəti uşaq olmaqla daha 7 mülki şəxs yaralanıb.

QAZİLER.AZ

Diaspora