Çexiya təxminən 60 milyard kron (təxminən 2,8 milyard dollar) qarşılığında 77 ədəd “Leopard 2A8” tankı almağı planlaşdırır.
“Report” xəbər verir ki, bu barədə “Idnes” xəbər portalı Mərkəzi Avropa ölkəsinin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Bildirilib ki, Çexiya hökuməti Almaniya istehsalı olan “Leopard 2A8” tanklarının alınması üçün Bundesverlə birgə tenderə qoşulmaq barədə razılaşmanı tezliklə təsdiqləməlidir. Bu sənəd, portala görə, bu hərbi texnikanın alınmasına dair müqavilənin bağlanması istiqamətində aralıq addım olacaq. Müqavilə 2024-cü ilin sonuna qədər imzalana bilər.
Son iki ildə Almaniya Ukraynaya hərbi yardım göstərmək üçün Çexiyaya 14 “Leopard 2A4” tankı və bu tankların bazasında yaradılmış 1 təxliyə-təmir maşını verib.