Fransa prezidenti Emmanuel Makron Fələstin dövlətinin tanınmasını vaxtsız adlandırıb.
Qaziler.az xəbər verir ki, o, bu barədə “France 2” telekanalına müsahibəsində bildirib.
Fransa lideri həmçinin Beynəlxalq Cinayət Məhkəməsinin göstərişinə zidd olaraq İsrailin baş naziri Benyamin Netanyahu ilə əməkdaşlıq etmək niyyətində olduğunu bildirib.
"O, İsrailin baş naziri olaraq qaldığı müddətcə onunla işləyəcəm", - Makron deyib.
Eyni zamanda, Makron “sülhə nail olmaq üçün hüquqi prosesi və diplomatik səyləri qarışdırmamağa” çağırıb.
QAZİLER.AZ