Afrikada milyonlarla insan şiddətli aclıqla üzləşə bilər

Afrikada milyonlarla insan şiddətli aclıqla üzləşə bilər backend

BMT və onun tərəfdaşları xəbərdarlıq edib ki, Afrikanın cənubunda milyonlarla insan oktyabrdan fevral ayına qədər davam edən növbəti quraq mövsümdə şiddətli aclıqla üzləşə bilər.

“Bölgə El Nino səbəbiylə şiddətli yağış çatışmazlığı ilə üzləşir, bunun nəticəsində fevral 100 ilin ən quraq ayına çevrilib və bu dövr üçün gözlənilən normal yağışın cəmi 20 faizi yağıb”, - bunu BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) bildirib.

Hələ quraqlıqdan əvvəl regionda sosial-iqtisadi problemlər, yüksək ərzaq qiymətləri və iqlim böhranının pisləşən təsirləri səbəbindən yüksək səviyyədə ərzaq təhlükəsizliyi və humanitar ehtiyaclar yaşanırmış.

QAZİLER.AZ

Diaspora