Fransa Ukraynaya "Mirage 2000" qırıcılarını verəcək - Makron

Fransa Ukraynaya "Mirage 2000" qırıcılarını verəcək -  Makron backend

Fransa "Mirage 2000" qırıcılarını Ukraynaya təhvil verəcək.

Qaziler.az UNİAN-a istinadla bildirir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron məlumat verib.

Onun sözlərinə görə, Fransa bu təyyarələr üçün ukraynalı pilotların hazırlanmasını da öz üzərinə götürəcək. Təlimlər Fransada keçiriləcək.

“Sabah biz yeni əməkdaşlıq proqramına başlayacağıq və Ukraynaya quru və hava məkanını müdafiə etməyə imkan verəcək “Mirage 2000-5” seriyalı fransız döyüş təyyarələrinin ilin sonuna kimi tədarükünü elan edəcəyik”, - deyə Makron bildirib.

QAZİLER.AZ

Diaspora