Ukrayna prezidenti Volodimir Zelenski Qərb ölkələrindən olan hərbi personalın Ukraynaya “desant” göndərəcəyinə ümid etdiyini etiraf edib.
Qaziler.az xəbər verir ki, bu barədə dövlət başçısı müttəfiqlərin Normandiyaya enişinin 80 illiyinə həsr olunmuş mərasimdə çıxışı zamanı bildirib.
Tədbirin rəsmi hissəsindən əvvəl Fransa prezidenti Emmanuel Makron və xanımı Bricit Makron fəxri qonaqları qırmızı xalça üzərində salamlayıblar. Onlardan biri Ukrayna lideri və onun həyat yoldaşı Yelena Zelenskaya olub. Siyasətçilər və onların həyat yoldaşları salamlaşdıqdan dərhal sonra jurnalistlər Zelenskidən Ukraynaya desantların göndərilməsini gözlədiyini soruşublar.
“Mən buna ümid edirəm”, - Zelenski cavab verib.
Makron da öz növbəsində gülümsəyərək əcnəbi həmkarını çiynindən qucaqlayıb.
QAZİLER.AZ