Cənubi Koreyadan olan fəallar Koreya Xalq Demokratik Respublikasına K-pop janrında Koreya serialları və musiqiləri olan fləş disklərlə şarlar göndəriblər.
Qaziler.az xəbər verir ki, bu barədə Amerikanın CNN telekanalı məlumat yayıb.
Bu, KXDR tərəfindən zibil və peyin olan şarların buraxılmasına cavab idi.
Qeyd olunur ki, aksiya “Azad Şimali Koreya uğrunda döyüşçülər” hərəkatının üzvləri tərəfindən həyata keçirilib. Fəallar şimal qonşularına 200 minə yaxın hökumət əleyhinə vərəqə, musiqi videoları və serialların yer aldığı 5 min USB disk, o cümlədən 10 balonda iki min bir dollarlıq əskinas göndəriblər.
Bildirilir ki, Şimali Koreyadan olan qaçqınların da daxil olduğu bu hərəkat artıq analoji aksiyalar həyata keçirib. Bundan əvvəl onlar KXDR-ə dərman, qida, radio və qəzet xəbərlərindən parçalar göndəriblər.
QAZİLER.AZ