Rusiya Polşa hakimiyyətinin rusiyalı diplomatların ölkə daxilində hərəkətinə qadağa qoymasına oxşar tədbirlərlə cavab verəcək.
Qaziler.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “RİA Novosti”yə açıqlamasında bildirib. Onun sözlərinə görə, Varşavanın hərəkətləri Moskva tərəfindən rus diplomatlarının işini çətinləşdirmək cəhdi kimi qiymətləndirilir.
“Biz bunu anti-Rusiya siyasətinin digər elementi kimi qiymətləndiririk. Diplomatlarımızın işini çətinləşdirmək üçün mümkün və mümkün olmayan hər şeyi etməkdir. Oxşar tədbirlər, istər güzgü, istər simmetrik, istərsə də qisas xarakterli olsun, Polşa diplomatlarına qarşı da görüləcək və bu, onların xoşuna gəlməyəcək”, - Zaxarova vurğulayıb.
QAZİLER.AZ