İtaliya XİN rəhbəri Putinin sözlərində Qərbi qorxutmaq cəhdini görüb

İtaliya XİN rəhbəri Putinin sözlərində Qərbi qorxutmaq cəhdini görüb backend

Rusiya prezidenti Vladimir Putin Moskvanın Kiyevə uzaqmənzilli silahların tədarükünə dünyanın bir sıra regionlarına eyni tədarüklə cavab verə biləcəyi barədə bəyanatı ilə “Qərbi qorxutmağa çalışır”.

Qaziler.az bildirir ki, bu barədə iyunun 6-da İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tayani deyib.

“Putin hibrid müharibə aparır, yəni təhdid edir, tonunu qaldırır, Avropa seçkiləri fonunda Qərbi və Avropanı qorxutmağa çalışır. Bu, oyunun bir hissəsidir", - o, Canale 5 TV-də müsahibəsində qeyd edib.

Tayani Ukraynaya yardımın davam etdirilməsinə və “sülh üçün işləməyə” çağırıb.

Eyni zamanda, o qeyd edib ki, İtaliya Rusiyaya qarşı münaqişədə iştirak etmək üçün öz qoşunlarını UUkraynaya göndərməyəcək və Kiyevə Rusiya ərazisində İtaliya silahlarından istifadə etməyə icazə verməyəcək.

QAZİLER.AZ

 

Diaspora