Amerikalı aktrisa Dakota Fanninq 19 ildir məşhur aktyor Tom Kruzdan aldığı hədiyyədən danışıb.
Qaziler.az bildirir ki, o, bu mövzuda "The Kelly Clarkson Show"da danışıb.
Məlum olub ki, “Missiya yerinə yetirilmədi” filmlərinin ulduzu uzun illərdir ki, verilişin qonağına doğum gününə eyni hədiyyəni – ayaqqabı göndərir. Fanninqin sözlərinə görə, bu ənənə aktrisanın cəmi 11 yaşı olan “Dünyaların savaşı” adlı fantastik döyüş filminin çəkiliş meydançasında başlayıb.
“O, hər il mənə həmişə eyni hədiyyəni verir. Uşaq vaxtı ayaqqabıları çox sevirdim. Press-tur zamanı məlum oldu ki, mənə ən kiçik ölçülü böyüklər üçün ayaqqabı uyğun gəlir. Onlarrı çox bəyəndim”, – aktrisa aparıcıya etiraf edib.
QAZİLER.AZ