Ukrayna Amerika silahları ilə Moskva və Kremli vura bilər? - Bayden cavab verdi

Ukrayna Amerika silahları ilə Moskva və Kremli vura bilər? - Bayden cavab verdi backend

ABŞ prezidenti Co Bayden Amerika silahları ilə Ukraynanın Rusiyada istifadə etməsinə icazə verdikdən sonra bu silahların  Moskvaya və ya Kremlə zərbə endirmək üçün istifadə edilməməsi ilə bağlı qəti fikirdədir.

Bu barədə RBC-Ukrayna ABC-yə istinadən xəbər verir.

Baydendən o, ABŞ istehsalı olan silahlardan istifadəyə icazə verdikdən sonra Rusiyada artıq digər ərazilərin də vurulmasında istifadə edilə biləcəyi ilə bağlı suala cavab verib. 

Amerika Prezidenti bu suala birbaşa cavb verməsə də, onlardan Rusiyanın paytaxtını və ya hökumət binalarını hədəf almasına icazə verilməyəcəyini açıqlayıb.

"Silahlardan Ukraynada konkret hədəflərə hücum etmək üçün lazım olduqda yalnız sərhəd yaxınlığında istifadə üçün icazə verilib. Biz Rusiyanın 200 mil (322 km - red.) dərinliyində, Moskvaya və ya Kremlə zərbə endirməyə icazə vermirik", - deyə Bayden bildirib.

QAZİLER.AZ

 

Diaspora