Moqerini: “Əsəd Suriyada siyasi keçid prosesinə cəlb olunmalıdır“

Moqerini: “Əsəd Suriyada siyasi keçid prosesinə cəlb olunmalıdır“ backend

Avropa İttifaqı diplomatiyasının rəhbəri Federika Moqerini Bəşər Əsədin Suriyada siyasi keçid prosesinə cəlb olunmasını vacib addım olduğunu bildirib. “Düşünürəm ki, İraqdakı hadisələr bizə dərs oldu ki, siyasi proseslər və keçidlər nəinki təhlükəsizliyi, həm də prosesə cəmiyyətin bütün hissələrinin cəlb edilməsinə zəmanət verməlidir. Biz bunu təmin etməliyik”, deyə Moqerini qeyd edib.

Onun sözlərinə görə, hazırda Bəşər Əsədin ilkin mərhələnin iştirakçısı olacağı belə bir keçid üçün imkanın yaradılması istiqamətində iş gedir.

Bundan əvvəl bildirilmişdi ki, Bəşər Əsəd Rusiyanın İŞİD-lə mübarizə aparacaq müxalifətə dəstək verməsinə razıdır.
Diaspora