Rusiya vətəndaşı Fransada terrorçuluq ittihamı ilə həbs edilib - Reuters

Rusiya vətəndaşı Fransada terrorçuluq ittihamı ilə həbs edilib -  Reuters backend

Fransa polisi 26 yaşlı Rusiya vətəndaşını Parisin şimalında otel otağında partlayıcı ilə özünü partlatdıqdan sonra həbs edib.

Qaziler.az bildirir ki, bu barədə “Reuters” xəbər verir.

Mənbə bildirib ki, bazar ertəsi partlayışdan sonra ciddi yanıqlar alan şəxsə yanğınsöndürənlər tərəfindən tibbi yardım göstərilib.

Sonradan onun otağında aparılan axtarış nəticəsində partlayıcı qurğuların istehsalı üçün nəzərdə tutulan məmulat və materialların aşkar edilib.

Qəzetin mənbəsi bildirib ki, Fransa Milli Antiterror Prokurorluğu Fransanın daxili kəşfiyyat agentliyi ilə birgə terror planında iştirakda şübhəli bilinən şəxslə bağlı araşdırmalara başlayıb.

Eyni zamanda, "Reuters" qeyd edir ki, şübhəli şəxs Rusiya vətəndaşlığı ilə yanaşı, Ukrayna vətəndaşlığına da malikdir.

QAZİLER.AZ

Diaspora