İsrailin müdafiə naziri Yoav Qallant bildirib ki, HƏMAS ilə əsir mübadiləsi və Qəzza zolağında atəşkəslə bağlı danışıqlar "yalnız atəş altında aparılacaq".
Qaziler.az bildirir ki, “The Times of Israel” xəbər verir ki, Qallant bu açıqlamaları Qəzza zolağı və İsrailin şimal sərhədi üzərində döyüş təyyarəsi ilə uçuşundan sonra verib.
Qallant müzakirə danışıqlarına baxmayaraq, "Həmasa qarşı hücumların" davam edəcəyi mesajını verib. "Hücumlara davam edib düşməni yıxacağımız bir prosesdən keçirik. HƏMAS terror təşkilatı ilə hər hansı danışıqlar yalnız atəş altında aparılacaq”, - israilin müdafiə naziri deyib,
QAZİLER.AZ