Ukrayna baş nazirinin müavini İrina Vereşçuk kişiləri xidmətə göndərmək üçün hərbi komissarlıqlarda qadınların işə götürülməsini təklif edib. Onun sözlərinə görə, hərbi xidmətə cəlb olunan 180 min qadınla bağlı məlumatlar ortaya çıxıb.
Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, Vereşçuk “Telegram” kanalında onları ərazi işə qəbul mərkəzləri sistemi, o cümlədən rəhbər vəzifələr üçün əla kadrlar adlandırıb.
“Ərazi çağırış mərkəzlərində işləmək üçün qadınların işə cəlb edilməsinin artması kişiləri döyüş hissələrində xidmət etmək üçün sərbəst edə bilər”, - nazir yazıb.
Ukraynada səfərbərliyin gücləndirilməsi haqqında qanun 2024-cü il mayın 18-də qüvvəyə minib. Sənədə əsasən, yaşı 18-dən 60-a qədər olan bütün hərbi qulluqçular təşəbbüsün qüvvəyə mindiyi gündən 60 gün müddətində hərbi komissarlıqda öz məlumatlarını yeniləməlidirlər.
QAZİLER.AZ