Budapeşt Avropa İttifaqının Rusiyadan enerji ixracına rüsumlar tətbiq etmək planlarından qəzəblənib.
Qaziler.az “RİA Novosti”yə istinadla bildirir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib.
Onun sözlərinə görə, Macarıstan “elektrik enerjisinin qiymətlərinə baxaraq” heç bir məhdudiyyətlə razılaşmır.
“Hazırda Avropada bəzi enerji resurslarına “qoruyucu rüsumlar” tətbiq etmək cəhdləri var ki, bu da ayrı-ayrı ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsi xərclərini artıracaq”, - Siyarto deyib.
QAZİLER.AZ