Hindistanın baş naziri Narendra Modi və ölkə hökuməti istefa verib.
Qaziler.az xəbər verir ki, bu barədə məlumat prezident Draupadi Murmunun administrasiyası sosial mediada bildirib. Bu haqda qərar isə parlament seçkilərinin nəticələrindən sonra qəbul edilib.
Baş nazir Narendra Modi bu gün prezidentlə görüşüb və kabinetlə birlikdə istefa verib. Prezident istefanı qəbul edib. Narendra Modi və Nazirlər Kabinetindən yeni hökumət işə başlayana qədər işi davam etdirməyi xahiş edib”, - bəyanatda deyilib.
QAZİLER.AZ