“Almaniya kansleri Olaf Şoltsun Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya alman silahları ilə zərbə endirməsinə icazə vermək qərarı Almaniya üçün təhlükəli nəticələrə gətirib çıxaracaq”.
Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bu fikirləri Bundestaqın deputatı Sara Vaqenknext deyib.
O, hadisələrin bu cür inkişafı ilə Almaniya ərazisində hərbi əməliyyatların başlayacağını açıqlayıb. Siyasətçinin çıxışının səsyazısı “Sahra Wagenknecht” “YouTube” kanalında təqdim olunub.
“Alman silahları ilə döyüş əməliyyatlarını Rusiya ərazisinə köçürən hər kəs onları Almaniya ərazisinə də köçürmək riski ilə üzləşir”, - Vaqenknext vurğulayıb.
QAZİLER.AZ