Ukrayna prezidenti Vladimir Zelenski iyunun 6-da Fransaya səfər edəcək. O, fransalı həmkarı Emmanuel Makronla görüşəcək.
RBK-Ukrayna BFMTV-yə istinadən xəbər verir ki, bu barədə Yelisey sarayının bəyanatında deyilir.
İyunun 7-də Ukrayna dövlətinin başçısı Yelisey sarayında fransalı həmkarı ilə görüşəcək.
"Rusiyanın cəbhə xəttində və enerji infrastrukturuna hücumlarının davamlı olaraq gücləndiyi bir vaxtda iki prezident yerlərdə vəziyyəti və Ukraynanın ehtiyaclarını müzakirə edəcəklər", - Makron bildirib.
Yelisey Sarayı əlavə edib ki, bu görüş fevralın 26-da Parisdə keçirilən Ukraynaya dəstək konfransının davamı olacaq.
Həmçinin cümə günü, iyunun 7-də Zelenskinin Fransa Milli Assambleyasında (parlamentin aşağı palatası) çıxışı gözlənilir. O, Milli Assambleyanın rəhbəri Yael Braun-Pivetlə də görüşəcək.
QAZİLER.AZ