“Microsoft” öz ödəniş sistemini yaradır

“Microsoft” öz ödəniş sistemini yaradır backend

“Microsoft” korporasiyası özünün ödəniş sistemini yaradır.

İKT.lent.az-ın "gazeta.ru" saytına istinadən xəbərinə görə, “Microsoft” korporasiyasının korporativ vitse-prezidenti Co Belfiore “The Verge” və ”Re/code” nəşrlərinə birgə müsahibəsində korporasiyanın “Windows” əməliyyat sistemində öz ödəniş sistemini yaratmaq planları olduğunu təsdiqləyib.

Hazırda mobil ödənişlər olduqca rəqabətyönümlüdür. Belə ki, “Apple” “Apple Pay”, “Google” “Android Pay”, “Samsung” korporasiyası “Samsung Pay” ödəniş sistemlərindən istifadə edir. LG şirkəti isə “GPay” ödəniş sistemini tətbiq etməyi planlaşdırır. Bunun üçün də “Microsoft” rəqiblərindən geri qalmaq istəməyib.

C.Belfiore bildirib ki, korporasiya “Windows” əməliyyat sistemi platformasında öz ödəniş sistemini istifadəyə verməyi planlaşdırır: "Təhlükəsizlik sistemində isə “Windows 10” əməliyyat sistemində olduğu kimi, “Windows Hello”nun analoqu olan sifətin tanınması texnologiyasından istifadə olunacaq. “Düşünürəm ki, ən böyük problem ondan ibarətdir ki, ödənişin edilmə metodu və yerindən asılı olmayaraq, istifadə təcrübəsi hər kəs üçün eyni olsun. Bu isə qlobal problem kimi görünür”.
Diaspora