Hindistanda Su-30 qırıcısı qəzaya uğrayıb

Hindistanda Su-30 qırıcısı qəzaya uğrayıb backend

Hindistanın Maharaştra əyalətində Su-30 MKI döyüş təyyarəsi qəzaya uğrayıb. Atma oturacaq sistemindən istifadə edən 2 pilot sağ qalıb.

Qaziler.az bildirir ki, ölkə mətbuatında yer alan xəbərlərə görə, Su-30 MKI qırıcı təyyarəsi sınaq uçuşu zamanı naməlum səbəbdən vilayətin Naşik şəhərində qəzaya uğrayıb.

Ejeksiyon oturacaq sistemindən istifadə edən iki pilot sağ qalıb.

Hindistanın "Hindustan Aeronautics Limited" (HAL) şirkəti X-dən verdiyi açıqlamada pilotların texniki nasazlıq barədə məlumat verdiyini və təyyarənin qəzaya uğrama səbəbinin araşdırmalardan sonra aydınlaşacağını bildirib.

AA müxbirinə verdiyi açıqlamada Hindistan Hərbi Hava Qüvvələrindən olan mənbələr sözügedən döyüş təyyarəsinin sınaq və baxış üçün HAL-a göndərildiyini qeyd edib.

Su-30 MKI döyüş təyyarəsi Rusiya tərəfindən verilmiş lisenziya əsasında Hindistanda HAL tərəfindən istehsal olunur.

QAZİLER.AZ

Diaspora