Qlobal Sülh Sammiti Ukrayna və Rusiya arasında keçiriləcək danışıqlar üçün əsas ola bilər.
Qaziler.az bildirir ki, bu barədə Bloomberg xəbər verir.
Bu ayın 15-16-da İsveçrənin Luzern şəhərində baş tutacaq sülh sammitində üç istiqamətə diqqət yetiriləcək:
nüvə təhlükəsizliyi,
ərzaq təhlükəsizliyi,
oğurlanmış uşaqların geri qaytarılması.
Nəşrin məlumatına görə, sammit yuxarıda qeyd olunan məsələlərlə bağlı qərarların əldə edilməsindən sonra Rusiya rəsmilərinin qarşıdakı danışıqlara cəlb olunmasına zəmin yaratmaq məqsədi daşıyacaq.
Rusiya rəsmiləri görüşə dəvət edilməsə də, Bloomberg tərəfindən görülən sammit sənədində deyilir ki, müharibənin sona çatması üçün bütün tərəflər iştirak etməlidir.
Xatırladaq ki, Ukraynanın tələbi ilə bu dəfə Rusiya Federasiyası Qlobal Sülh Sammitində iştirak etməyəcək.
QAZİLER.AZ