Konqo Respublikasının xarici işlər naziri Jan-Klod Qakoso rusiyalı həmkarı Sergey Lavrovu Konqo lideri Denis Sassu Nqessonun vətənində - Oyo şəhərində məskunlaşmağa dəvət edib.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, nazir mətbuat konfransının açılış nitqində Lavrova “ev tikmək üçün torpaq sahəsi” tapacağını vəd edib.
“Biz burada dostumuz Sergey Lavrova yer tapacağıq”, - deyə nazir bildirib.
Qeyd edək ki, Lavrov danışıqlar aparmaq üçün iyunun 3-də Konqoya gəlib. Bu il tərəflər diplomatik münasibətlərin qurulmasının 60 illiyini qeyd edirlər.
QAZİLER.AZ