ABŞ Dəniz Piyadaları Korpusunun Sakit Okean Qüvvələrinin keçmiş komandanı, general-leytenant Stiven Rudderin başçılıq etdiyi Amerika hərbi-sənaye müəssisələrindən ibarət böyük nümayəndə heyəti Tayvana gəlib.
Qaziler.az xəbər verir ki, bu barədə adanın Mərkəzi Xəbər Agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, nümayəndə heyətinə ABŞ-ın 27 iri hərbi-sənaye korporasiyasının nümayəndələri daxil olub. Bu, 2023-cü illə müqayisədə daha iki müəssisədir. Onlar iyunun 6-da Taybeydə keçiriləcək Tayvan-ABŞ Müdafiə Sənayesi Forumunda iştirak edəcəklər. Bundan əlavə, onları Tayvan administrasiyasının rəhbəri Lay Çinde qəbul edəcək.
Tayvan-ABŞ Müdafiə Sənayesi Forumunun iştirakçıları müdafiə sektorunda süni intellektin tətbiqi, həmçinin pilotsuz uçuş aparatlarının və dəniz nəqliyyat vasitələrinin inkişafını müzakirə edəcəklər.
QAZİLER.AZ