Macarıstan Aİ-də səsvermə hüququndan məhrum edilə bilər

Macarıstan Aİ-də səsvermə hüququndan məhrum edilə bilər backend

Avstriya Belçikanın Macarıstanın Avropa İttifaqında səsvermə hüququndan məhrum edilməsi təklifini dəstəkləyib.

Bu barədə “Politico” qəzeti ölkənin Xarici İşlər Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.

O, Macarıstanın Aİ-də səsvermə hüququndan məhrum edilməsini Budapeştin Aİ Şurasına sədrliyi ərəfəsində xüsusilə məqsədəuyğun hesab edib.

Avstriya Xarici İşlər Nazirliyinin nümayəndəsi “Biz Macarıstana qarşı ciddi prosedura əməl olunmasını dəstəkləyirik” deyib.

Bir gün əvvəl məlum olub ki, Avropa İttifaqı Macarıstanı Aİ-yə gələcək sədrliyi dövründə veto hüququndan məhrum etmək üçün fövqəladə addımlar ata bilər.

Qeyd edək ki, Macarıstanın baş naziri Viktor Orban Ukraynadakı münaqişəni 24 saat ərzində kimin bitirə biləcəyini açıqlaması qalmaqala səbəb olub. O xatırladıb ki, “müharibəni insanlar aparır” və onlar istəsələr barışa bilərlər. Orban qeyd edib ki, Donald Tramp prezident olarsa, bir gün ərzində “Ukraynada atəşkəsə nail ola” və sonra danışıqlara başlaya bilər.

QAZİLER.AZ

Diaspora