Ukraynadakı Fransa döyuşçüləri bizim üçün hədəfdir - Lavrov

Ukraynadakı Fransa döyuşçüləri bizim üçün hədəfdir - Lavrov backend

Ukraynadakı istənilən fransız hərbi qulluqçusu, istər təlimatçı, istərsə də muzdlu olsun, Rusiya ordusu üçün qanuni hədəfdir.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Rusiyanın Fransa hərbçilərinin artıq Ukraynada işlədiyini düşünməyə əsasları var.

“Onlar istər Fransa Silahlı Qüvvələrinin üzvü olsunlar, istərsə də sadəcə muzdlular olsunlar, onlar silahlı qüvvələrimiz üçün qanuni hədəfi təmsil edirlər”, - deyə nazir bildirib.

QAZİLER.AZ

Diaspora