Lavrov: ABŞ polis dövlətinə çevrilib

Lavrov: ABŞ polis dövlətinə çevrilib backend

“ABŞ artıq çoxdan polis dövlətinə çevrilib”.

Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki,  bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Oyoda Konqonun xarici işlər naziri Jan-Klod Qakosso ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bunu Vaşinqtonun keçmiş amerikalı kəşfiyyatçı və BMT-nin keçmiş müfəttişi Skot Ritterin Sankt-Peterburqda keçirilən beynəlxalq iqtisadi forumda iştirakına icazə verməməsi təsdiqləyir.

“Bu, özünü bütün dünyada demokratiyanın lideri adlandıran Birləşmiş Ştatların çoxdan polis dövlətinə çevrildiyini təsdiqləyən çoxsaylı nümunələrə əlavə olaraq daha bir nümunədir”, - deyə Lavrov bildirib.

QAZİLER.AZ

Diaspora