Latviya lideri Rusiyanın hibrid hücumlarına CAVAB VERDİ

Latviya lideri Rusiyanın hibrid hücumlarına  CAVAB VERDİ backend

NATO-ya üzv olan ölkələr təxribat kimi kiçik insidentlərə cavab olaraq, Rusiya ərazisinə raket zərbələri endirməyi planlaşdırmır.

Qaziler.az xəbər verir ki, bu fikirləri Latviya prezidenti Edqars Rinkeviç “Financial Times”a müsahibəsində səsləndirib. Onun sözlərinə görə, NATO digər cavab üsulları üzərində işləyir.

“Biz kifayət qədər kiçik insidentlərə görə Rusiyaya raket atmaq fikrində deyilik”, - Latviya lideri bildirib.

“Rusiyanın iddia edilən hibrid hücumlarına misal olaraq o, Böyük Britaniyada Ukraynaya göndərilmək üçün silahların saxlandığı anbarın yandırılmasını, həmçinin Avropanın dəmir yolu siqnal şəbəkələrinin işini pozmaq cəhdlərini göstərib. Eyni zamanda, bu cür tədbirlərə qarşı mübarizə məsələsi Ukraynanın Qərb müttəfiqlərinin gündəminin zirvəsinə qalxıb”, - materialda qeyd edilib.

QAZİLER.AZ

Diaspora