"Təkcə İŞİD yox, başqa silahlı dəsətlər də Suriyadakı qədim memarlıq abidələrini dağıtmaqla məşğuldurlar".
Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Dartmut Kollecinin tədqiqatçısı Cessi Kasan hazırladığı hesabatında bildirib. Kasan hesabatında qeyd edir ki, əslində Suriyadakı abidələrə qarşı vandallıq onilliklərdi ki, davam edir. Tədqiqat zamanı o da məlum olub ki, Suriya ərazisindəki 1300 memarlıq abidəsindən 960-ı, bu ölkədə münaqişə başlamazdan əvvəl dağıntıya məruz qalıb.
Tədqiqatlar zamanı məlum olub ki, tarixi abidələrə qarşı ən qəddar mövqeni kürd özünümüdafiə qüvvələri, YPG tutur. Məhv edilən və oğurlanana tarixi abidələrin 27,6 faizi məhz kürd qruplaşmaların payına düşür. Suriya ərazisindəki abidələrin 26 faizini isə “Əl Nusrə” dağıdıb. İŞİD-in payına isə 21,4 faiz dağıdılmış memarlıq abidəsi düşür. Siyahının sonunda isə Bəşər Əsəd qüvvələri gəlir. Ölkədəki abidələrin 16 faizini məhz ordu qüvvələri məhv edib.
Sonuncu məqamla bağlı Kasan nümunə də göstərir. Tədqiqatçı bildirir ki, qədim Apameya şəhərindəki memarlıq abidələri Əsəd ordusunun qarnizonu bu şəhərin yaxınlığında yerləşənə qədər salamat olub. Məhz hərbi qarnizon əsgərləri qədim memarlıq abidələrini məhv ediblər.
Yeri gəlmişkən, bir neçə gün əvvəl İŞİD Palmira şəhərindəki 20 metrlik Zəfər Tağını partladıb. İmperator Septimiyanın vaxtında, parfiyalılar üzərində qələbənin şərəfinə ucaldılmış bu abidə yerlə yeksan edilib.