“Google”un istifadəçiləri gizli izlədiyi məlum olub

“Google”un istifadəçiləri gizli izlədiyi məlum olub backend

“Google” bir neçə ildir ki, istifadəçilərin şəxsi məlumatlarını, o cümlədən uşaqların səslərini toplayır və istifadə edir.

Qaziler.az-ın məlumatına görə, “404 Media” “Google”un daxili məlumat bazasına istinadən xəbər verir.

Mənbənin sözlərinə görə, 2013-cü ildən 2018-ci ilə qədər bir neçə min şəxsi məlumatların qanunsuz toplanması faktı qeydə alınıb. Məsələn, istifadəçi e-poçtlarının onların razılığı olmadan saxlanılması halları olub.

Bundan əlavə, sənədlərdə digər məxfilik pozuntuları qeyd olunur. Məsələn, “Waze” istifadəçi ünvanları ifşa olunub, “YouTube” silinmiş baxış tarixçəsi əsasında tövsiyələr göstərib və uşaqlar da daxil olmaqla bir milyondan çox istifadəçinin e-poçt ünvanları təhsil proqramı “Socratic”də ifşa olunub.

QAZİLER.AZ

Diaspora