Peskov Putinin Altaydakı iqamətgahından danışdı

Peskov Putinin Altaydakı iqamətgahından danışdı backend

Rusiya prezidenti Vladimir Putinin Altayda rəsmi iqamətgahı yoxdur.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, Rusiya liderinin mətbuat katibi Dmitri Peskov mətbuatın Altayda dövlət başçısının iqamətgahı adlandırdığı binanın yanması ilə bağlı məlumatı şərh edərkən bildirib.

Onun sözlərinə görə, yanğınla bağlı məlumatı yoxdur.

“Prezidentin rəsmi iqamətgahı Rusiya Federasiyası Prezidentinin Administrasiyasına, Federal Təhlükəsizlik Xidmətinə aid olanlardır. Sözügedən obyekt onların arasında deyil”, - Peskov bildirib.

O, həmçinin qeyd edib ki, sözügedən yanğınla bağlı məlumatı yoxdur. Onun sözlərinə görə, belə bir rəsmi obyekt olmadığı üçün bunun Kremlə heç bir aidiyyatı yoxdur.

QAZİLER.AZ

Diaspora