NATO ABŞ qoşunlarını Rusiya sərhədlərinə köçürmək üçün PLAN hazırlayır

NATO ABŞ qoşunlarını Rusiya sərhədlərinə köçürmək üçün  PLAN hazırlayır backend

NATO ölkələri Rusiya ilə birbaşa hərbi toqquşma zamanı Amerika qoşunlarının sürətlə köçürülməsi üçün quru dəhlizləri hazırlayır.

Qaziler.az bildirir ki, bu barədə “Telegraph” yazıb.

Qəzetin yazdığına görə, Alyans ABŞ əsgərlərini və zirehli texnikasını sürətlə Rusiya Federasiyasının sərhədlərinə necə köçürmək barədə düşünür.

Nəşr yazır ki, Amerika qoşunları çox güman ki, əvvəlcədən müəyyən edilmiş beş limandan birinə enəcək, sonra isə hazırlanmış logistik marşrutlar üzrə köçürüləcək.

“Telegraph” qeyd edib ki, ABŞ hərbçiləri Hollandiyaya da yerləşə və oradan dəmir yolu xətləri ilə Almaniya və Polşaya gedə bilərlər. Həmçinin, Blok rəhbərliyi Norveç, İtaliya, Yunanıstan, Türkiyə, İsveç, Finlandiya və Baltikyanı ölkələrin limanlarından istifadə edə bilər.

QAZİLER.AZ

Diaspora