Fələstin Administrasiyası Qəzza zolağında iddia edilən soyqırımla bağlı Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Ədalət Məhkəməsində Cənubi Afrikanın İsrailə qarşı iddiasına qoşulmasına icazə verilməsi üçün müraciət edib.
Qaziler.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Nəşr qeyd edir ki, ərizə Fələstin tərəfindən 2024-cü il mayın 31-də təqdim edilib.
Qeyd edilib ki, iyunun 2-də Çili prezidenti Qabriel Boriç bəyan edib ki, ölkə Cənubi Afrikanın İsrailin Qəzza zolağındakı hərəkətləri ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə verdiyi iddiaya qoşulmaq niyyətindədir.
QAZİLER.AZ