İsrail HƏMAS-ın 4 girovu öldürüldüyünü elan etdi

İsrail HƏMAS-ın 4 girovu öldürüldüyünü elan etdi backend

İsrail hərbçiləri Qəzza zolağında Fələstinin HƏMAS hərəkatının radikalları tərəfindən girov götürülən daha 4 nəfərin öldüyünü açıqlayıb.

Qaziler.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Siyahıya Nadav Popplevel (51 yaş), Yoram Metzger (80 yaş), Amiram Kuper (80 yaş) və Xaim Peri (79 yaş) daxildir. Onlar 2023-cü il oktyabrın 7-də fələstinli radikallar tərəfindən qaçırılıb.

"Dörd girovun öldüyünü elan etmək qərarı kəşfiyyat məlumatlarına əsaslanır və ekspert komissiyası tərəfindən təsdiqlənib", - departament qeyd edib.

Hərbçilər vurğulayıblar ki, ölənlərin cəsədləri Qəzzada HƏMAS radikalları tərəfindən saxlanılır və onların ölüm şəraiti araşdırılır.

QAZİLER.AZ

Diaspora