Slovakiyanın Baş nazirinin müavini və müdafiə naziri Robert Kaliniak hesab edir ki, sui-qəsd cəhdindən sonra hazırda sağalmaqda olan ölkənin Baş naziri Robert Fitsonun payıza qədər tam sağalmasından danışmaq mümkün olacaq.
Qaziler.az bildirir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Kalinyak vurğulayıb ki, hazırda Fitsonun özünə qulluq edə bilir, lakin onun yaraları çox ağrılıdır, ona görə də sağalması və bərpası vaxt çəkəcək.
Qeyd edək ki, bundan əvvəl Kalinyak açıqlamsında üç həftə əvvəl sui-qəsd nəticəsində ağır yaralanan Baş nazir Robert Fitsonun evində tibbi reabilitasiya keçdiyini bildirib.
Xatırladaq ki, mayın 15-də Slovakiyanın Baş naziri Robert Fitso kabinetin iclasından sonra sui-qəsd nəticəsində ağır yaralanıb.
QAZİLER.AZ