Fransa Ukraynaya hərbi personal göndərəcək

Fransa Ukraynaya hərbi personal göndərəcək backend

Fransa prezidenti Emmanuel Makron Ukrayna münaqişə zonasına hərbi təlimatçıların göndərilməsini rəsmən elan edə bilər.

Qaziler.az bildirir ki, bu haqda RFI radiostansiyası xəbər verir.

Mətbuatda yayılan məlumatlara görə, dövlət başçısı yəqin ki, iyunun 6-da qərarını açıqlayacaq.

Jurnalistlərin bildirdiyinə görə, Fransa lideri müttəfiqlərin Normandiyaya enişinin 80-ci ildönümü ilə bağlı şənliklər zamanı planlarını açıqlamağı gözləyir. Hərbçilərin Ukraynaya köçürülməsi məsələsi ilə bağlı hakimiyyətdən heç bir şərh açıqlanmayıb.

QAZİLER.AZ

Diaspora