İsveçrə İsrailin rəhbər şəxslərini həbs etməyə razılıq verdi

İsveçrə İsrailin rəhbər şəxslərini həbs etməyə  razılıq verdi backend

İsveçrə İsrail hökumətinin üzvləri, eləcə də Fələstinin HƏMAS qruplaşmasının rəhbərləri ölkəyə gələrsə, onları həbs etməyə hazırdır. Bunun üçün Beynəlxalq Cinayət Məhkəməsi ( BCM) order verməlidir.

Qaziler.az xəbər verir ki, bu haqda İsveçrə parlamentinin saytında dərc olunan bəyanatda qeyd olunub.

Beynəlxalq Cinayət Məhkəməsi  İsrail hökumətinin üzvləri və HƏMAS liderlərinin həbsinə order verərsə, İsveçrə beynəlxalq öhdəliklərini yerinə yetirəcək. Hökumət bu öhdəliyi bazar ertəsi deputatların bir neçə sualına cavab olaraq qəbul edib”, - sənəddə vurğulanıb.

Bundan əvvəl ABŞ Konqresinin üzvləri BCM-ə xəbərdarlıq etmişdilər ki, baş nazir Benyamin Netanyahu da daxil olmaqla İsrail rəsmilərinə qarşı həbs qərarı verilərsə, onlar cavab tədbirləri görəcəklər.

QAZİLER.AZ

Diaspora