ABŞ Rusiyaya hansı raketlərin uçmayacağını açıqlayıb

ABŞ Rusiyaya hansı raketlərin uçmayacağını açıqlayıb backend

Vaşinqton Rusiya ərazisini vurmaq üçün Amerikanın ATACMS uzaqmənzilli taktiki ballistik raketlərindən istifadə etmək barədə qərar qəbul etməyib.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Culian Smit bəyan edib.

O, Amerika sursatlarının Rusiya ərazisinə endirdiyi zərbələrin təsdiqlənməsi ilə bağlı xəbərləri şərh edib.

“Uzun mənzilli ATACMS raketləri ilə bağlı mövqe eyni olaraq qalır”, - Smit bildirib.

Bundan əvvəl məlum olub ki, ABŞ prezidenti Co Bayden administrasiyası Ukraynaya Vaşinqtonun verdiyi silahlardan Rusiyaya qarşı istifadə etməyə icazə verib. Kiyev Xarkov vilayətində əks batareya döyüşü zamanı Rusiya ərazisini vura biləcək.

QAZİLER.AZ

Diaspora