Fitsonu güllələyən yazıçı psixi xəstəxanaya yerləşdirildi

Fitsonu güllələyən yazıçı psixi xəstəxanaya yerləşdirildi backend

Slovakiyanın Baş naziri Robert Fitsonun həyatına sui-qəsddə təqsirləndirilən yazıçı Yuray Sintula həbsxana xəstəxanasının psixiatriya şöbəsinə köçürülüb.

Qaziler.az "RİA-Novosti”yə istinadla xəbər verir ki, bunu respublikanın baş nazirinin müavini və müdafiə naziri Robert Kaliniak mətbuat konfransında təsdiqləyib. Onun verdiyi məlumata görə, bu, onun öz təhlükəsizliyini təmin etmək üçün edilib.

“Səbəb onun təhlükəsizliyidir, o, intensiv izləmə imkanı olan yerdə yerləşir”, - müdafiə naziri deyib.

Kalinyak qeyd edib ki, Sintula psixiatriya şöbəsində özünə heç bir xəsarət yetirə bilməyəcək. Onun fikrincə, ictimaiyyət bunu baş nazirin qisası kimi qiymətləndirə bilərdi.

QAZİLER.AZ

Diaspora