Litva Dəmir Yolları şirkəti üzərində Z hərfi yazılmış vaqonu yük qatarından ayırıb.
Qaziler.az bildirir ki, bu barədə “RİA Novosti” Litva Dəmir Yollarının mətbuat xidmətinə istinadən xəbər verir. Onun Belarusla sərhəddə qatarlardan ayrıldığı qeyd edilir. Press-relizdə vurğulanır ki, buna səbəb Rusiya ordusunun bu mesajdan xüsusi hərbi əməliyyat zonasında istifadə etməsi olub. Eyni zamanda şirkət vaqonun Belarus tərəfinə qaytarılacağına zəmanət verib.
“Yük daşıma şirkətinin əməkdaşları “Kena” sərhəd-keçid məntəqəsində Belarusdan gələn və Litva ərazisinə gətirilən Z işarəli vaqonu görüblər. Bu nişandan Rusiya ordusu tərəfindən istifadə edildiyini nəzərə alsaq, ötən gecə vaqon dərhal qarmaqdan çıxarılıb”, - deyə şirkətin açıqlamasında bildirilir.
Qeyd olunur ki, bu, ümumilikdə ilk belə hal deyil, mayın ortalarından bəri üç analoji hadisə qeydə alınıb.
QAZİLER.AZ