Putin Meksikanın ilk qadın prezidentinə müraciət edib

Putin Meksikanın ilk qadın prezidentinə müraciət edib backend

Prezident Vladimir Putin Klaudiya Şeynbaumu Meksikada keçirilən prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib. Dövlət başçısı Meksikanı Moskvanın dost tərəfdaşı adlandırıb və iki ölkə arasında əməkdaşlığın inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Qaziler.az bildirir ki, bu barədə Kremlin mətbuat xidməti xəbər verib.

“Ümid edirik ki, prezident kimi fəaliyyətiniz ölkələrimiz arasında konstruktiv əməkdaşlığın daha da inkişafına töhfə verəcək”, - Putinin teleqramında deyilir.

Meksikanın yeni prezidenti Klaudiya Şeynbaum Meksika və Şimali Amerika tarixində ilk qadın prezident olacaq. Qeyd olunub ki, rəsmi nəticələr 5-8 iyunda keçiriləcək səslərin tam hesablanmasından sonra elan olunacaq.

QAZİLER.AZ

Diaspora