İranda prezident seçkilərində namizədlərin qeydiyyatı başa çatıb

İranda prezident seçkilərində namizədlərin qeydiyyatı başa çatıb backend

İranda prezident seçkilərində iştirak etmək üçün 22 namizəd qeydiyyatdan keçib.

“Report” “Mehr”ə istinadən xəbər verir ki, bu barədə İran Seçki Komissiyasının nümayəndəsi Məhəmməd İslami məlumat verib.

“Seçki Komissiyası 86 iddiaçının müraciətinə baxıb, onlardan 22-si qeydə alınıb”, - o deyib.

M.İslami qeyd edib ki, qeydiyyatdan keçənlərdən 21-i kişi, 1-i qadındır.

O xatırladıb ki, bazar ertəsi qeydiyyatın son günü olub, qeydiyyat yerli vaxtla saat 18:00-da başa çatıb və qeydiyyat müddəti uzadılmayacaq.

10:17

Diaspora