Qəzzada hərbi əməliyyatların dayandırılacağı tarix açıqlanıb

Qəzzada hərbi əməliyyatların dayandırılacağı tarix açıqlanıb backend

Baş nazir Benyamin Netanyahu bildirib ki, İsrail girovları azad etmək üçün Qəzza zolağında 42 gün ərzində hərbi əməliyyatları dayandırmağa hazırdır.

Qaziler.az bildirir ki, “News.ru” bu barədə “İsrael Hayom”a istinadla xəbər verir. Nəşrin verdiyi məlumata görə, SAXAL bu müddətdən sonra HƏMAS hərəkatını tamamilə məhv edənə, bütün məqsədlərinə çatana qədər müharibəni davam etdirəcək.

“Girovları geri qaytarmaq üçün 42 gün mübarizəni dayandıra bilərik, lakin tam qələbə qazanmaqdan vaz keçməyəcəyik. Netanyahu İsrail parlamentinin Xarici Əlaqələr və Müdafiə Komitəsinin üzvləri ilə qapalı görüşündə deyib ki, iranlılar və bütün düşmənlərimiz bizə baxır, təslim olub-olmayacağımızı görmək istəyirlər.

QAZİLER.AZ

Diaspora