ABŞ-ın Nyu-York şəhərində bir göldə "maqnitlə balıq ovu" edən iki nəfər 100 min dollar nağd pul olan seyf tapıblar.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Ceyms Keyn və Barbi Aqostini Kuinsdəki Meadows Corona Parkında gölə ucu maqnitlə bağlanmış kəndir atıblar.
İkili seyfi açıb içərisinin zədələnmiş 100 dollarlıq əskinaslarla dolu olduğunu görüblər.
Onlar bildiriblər ki, polis onlara pulun heç bir cinayətlə əlaqəsi olmadığını deyib və pulu əllərində saxlamağa icazə verib.
"Əvvəllər dəfələrlə seyf tapmışıq. Mən pulu gördüm və dedim ki, bu mümkün deyil", - Keyn deyib.
Aqostini qeyd edib ki, seyfin kimə aid olduğunu müəyyən etmək üçün heç bir şəxsiyyət vəsiqəsi tapa bilməyiblər.
"Maqnit balıqçılıq"da ucuna güclü maqnit bağlanmış kəndir göllərə və çaylara atılır.
İkili, COVID dövründə hobbi olaraq başladıqlarını və əvvəllər İkinci Dünya Müharibəsindən əl qumbaraları, 19-cu əsr silahları və bir motosiklet tapdıqlarını söyləyib.
QAZİLER.AZ